ABŞ nəşri: “Putinin “güc oyunu” qışda güclənəcək”
Bizi izləyin

Dünya

ABŞ nəşri: “Putinin “güc oyunu” qışda güclənəcək”

“Qış yaxınlaşır. Rusiya və Ukrayna arasında hərbi qarşıdurma Rusiya qazının Ukrayna və Avropaya çatdırılması üzrə böhranla əvəzlənir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya-Ukrayna-Avropa Birliyi arasında üçtərəfli qaz danışıqlarını şərh edən ABŞ-ın "The National Interest" nəşrinin redaktoru Ceyms Karden yazıb.

Qeyd edək ki, oktyabrın 17-də Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Pyotr Poroşenko arasında çoxdan gözlənilən görüş baş tutdu. Amma bir çox gözləntilər özünü doğrultmadı.

Rusiyalı həmkarı ilə görüşdən sonra Poroşenko Donbas münaqişəsinin həllində optimist olmadığını deyib. Eyni zamanda Ukrayna xarici işlər naziri Pavel Klimkin və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da danışıqların çətin keçdiyini və anlaşılmazlıqların olduğunu deyib.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu isə Putin və Poroşenkonun Misnk protokolunun icrası haqqında razılaşdığını söyləyib.

C.Karden bildirir ki, P.Poroşenko hər baxımdan Donbas hövzəsindəki müharibəni uduzdu. Amerika nəşrinin redaktoru son sorğulara görə, Poroşenkonun bloku qarşıdakı bazar günündə keçiriləcək parlament seçkiləri ərəfəsində irəlidə olmasına baxmayaraq dövlət başçısının qarşısında bir çox problemlərin olduğunu qeyd edib: “Ölkənin hərbi məğlubiyyəti məlum məsələdir, ordu dağılmış vəziyyətdədir. Son qiymətləndirmələrə görə, bu il Ukrayna iqtisadiyyatı 10 faiz geriləcək”.

"The National Interest" nəşrinin redaktoru əlavə edib ki, Milandakı Putin-Poroşenko görüşü eynilə Minskdə 26 avqustda keçirilən görüşün davamı idi. Onun sözlərinə görə, sanksiyalar və beynəlxalq qınamalara baxmayaraq, Putin Ukrayna ilə danışıqlarda mövqeyi bundan sonra daha güclü olacaq: “Çünki qış yaxınlaşır. Rusiya və Ukrayna arasında hərbi qarşıdurma Rusiya qazının Ukrayna və Avropaya çatdırılması üzrə böhranla əvəzlənir. Ukrayna Avropa Birliyi üçün nəzərdə tutulmuş təbii qazın 50 faizi üçün tranzit ərazidir. Rusiyanın 2006 və 2009-cu illərdə Avropa qazını kəsməsi Avropa rəhbərlərinin ağıllarında hələ təzədir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm