Moskva “Karib böhranı 2” xəbərdarlığı etdi
Bizi izləyin

Dünya

Moskva “Karib böhranı 2” xəbərdarlığı etdi

Moskvada Karib böhranının 52-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumaat görə, tədbrdə Dövlət Dumasının sədri Sergey Narışkin və digər dövlət rəsmiləri iştirak edib.

O, istisna etməyib ki, Qərb Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edərək dialoq üçün meydançanı qəsdən daraldır. S.Narışkinin sözlərinə görə, Karib böhranının mövzusu bu günlərdə heç vaxt olmadığı qədər aktuladır.

Xatırladaq ki, Karib böhranı keçmiş SSRİ ilə ABŞ arasında sovet raketlərinin 1962-ci ilin oktyabrında Kubada yerləşdirilməsi ilə bağlı yaranan gərginlikdir Kubalılar bu böhranı "oktyabr böhranı" adlandırırlar. “Soyuq müharibə” dövrü çəkişmələrin kifayət qədər qızışdığı və yer üzünün nüvə fəlakətindən döndüyü Karib böhranı, şübhəsiz dünya siyasi tarixinin yaxın dövrdə baş verən ən vacib hadisələrindən biridir.

Geosiyasi Problemləri Akademiyasının birinci vitse-prezidenti Konstantin Sivkova bildirib ki, Qərb Rusiyaya təzyiq etmək üçün “yumşaq güc”dən istifadəni genişləndirir. O, deyib ki, Karib böhranının təkrarını gözləmək lazım deyil: “Karib börhanı sərhədlərimizdən çox uzaqda baş vermişdi. Bugünkü böhran isə Amerikada deyil, Rusiya sərhədlərində – Ukraynada baş verir. Əlbəttə, “yumşaq güc”ün metodlarla Rusiyaya zərbələrin vurulmasından söhbət gedir. Bizə qarşı tanklarla vuruşmayacalar, çünki Rusiya Federasiyasında nüvə silahı var. Bu kontekstdən də görünür ki, bütün müqavilələrin heç bir perspektivi yoxdur”.

Rusiyalı ekspert əmindir ki, vəziyyət yalnız Ukraynada baş verəcək növbəti sosial partlayışdan sonra tərpənəcək: "Çox güman ki, Ukraynanın cənubi-şərqində münaqişənin hərbi həlli olmayacaq. Amma sosial partlayış nəticəsində mütləq olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm