“The Washington Post”: “Qərb Rusiyanın qisas potensialını qiymətləndirmədi”
Bizi izləyin

Dünya

“The Washington Post”: “Qərb Rusiyanın qisas potensialını qiymətləndirmədi”

ABŞ-ın “The Washington Post” qəzetində “Rusiyanın zəifləməsi haqqında mif” məqaləsi dərc edilib.

Publika.az-ın verdiyi xəbərə görə, məqalədə Qərbin Rusiyanın qisas potensialını düzgün qiymətləndirmədiyi qeyd olunub.

“Mərkəzi Avropa və Baltikyanı ölkələrin Avropa Birliyi və NATO-ya inteqrasiyası son 25 il ərzində Qərbin fenomenal müvəffəqiyyətlə nəticələnən yeganə siyasətidir. Amma bu ekspansiyanın, xüsusilə NATO-nun genişlənilməsinin səhv olduğunu iddia etmək indi dəbə düşüb. Ancaq NATO-nun genişlənilməsinin qadağası haqqında Rusiya ilə heç bir müqavilə imzalanmamışdı. NATO-nun genişlənməsi üzrə təşəbbüs də Vaşinqtona məxsus deyildi. Əksinə, 1992-ci ildə Polşanın üzvlük üçün etdiyi birinci sifariş rədd edilmişdi. Amma Polşa və başqaları NATO-ya üzv olmaq üçün təkid edirdilər. Çünki onlar gələcək rus revanşizminin əlamətlərini görürdülər”, - deyə ABŞ nəşri yazıb.

“The Washington Post” qeyd edir ki, NATO yavaş-yavaş və ehtiyatla genişlənməsi müddətində Rusiyanı sakitləşdirməyə çalışırdı: “NATO yeni üzv ölkələrdə hərbi bazalarını açmırdı. Hərbi təlimlər isə 2013-cü ilə qədər keçirilmirdi. Rusiyanın etirazlarına cavab olaraq Ukrayna və Gürcüstana 2008-ci ildə faktiki olaraq NATO-ya üzvlük üzrə Fəaliyyət Planı verməkdən imtina etdilər. Həmin dövrdə Rusiyanı alçaltmadılar. Bundan başqa, faktiki olaraq Rusiyaya böyük dövlət statusu və BMT Təhlükəsizlik Şurasında SSRİ-nin yerini verdilər. Ancaq Rusiya Mərkəzi Avropadan fərqli olaraq heç vaxt özünü Avropa ruhunda dəyişdirməyə çalışmırdı. Sovet sisteminə öz sədaqətini sübut etmiş Dövlət Təhlükəsizliyi Komitəsinin zabitləri ölkədə demokratik institutların formalaşmasına imkan verməmək xəttini götürdülər”.

“Niyə bu faktlara baxaraq BMT-də islahatlar aparılmadı, SSRİ-nin yeri Hindistan, Yaponiya və ya başqalarına verilmədi. Niyə 10 il əvvəl NATO-nun hərbi bazalarını daha da Şərqə keçirmədik? Qərbin səhvi ondan ibarətdir ki, Rusiyanın qisasçı və partlama potensialı qiymətləndirilmədi”, - deyə ABŞ nəşri sonda yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm