İŞİD yenə taktika dəyişdirdi
Bizi izləyin

Dünya

İŞİD yenə taktika dəyişdirdi

Kobanidə günlərdir davam edən hücumlar sonrası sıxışdırılan İŞİD taktika dəyişdirərək, yenidən Şimali İraqda yezidi kürdlərin olduğu Sincar bölgəsinə hücum edib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, ABŞ Ali Baş qərargah rəisi Martin Dempsey İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı haqqında danışan zaman “inanılmaz dərəcədə sürətli taktika və yer dəyişdirirlər” deyib. ABŞ-ın İŞİD-i İraqda havadan bombalamasından sonra terror təşkilatı sürətlə taktika dəyişdirərək, Kobaniyə hücum edib. Kobanidə günlərdir davam edən hücumlardan sonra əməlli-başlı küncə sıxışdırılan İŞİD yenidən Şimali İraqa – yezidi kürdlərin yaşadığı Sincar bölgəsinə hücum edib.

NTV-nin xəbərinə görə, İŞİD yaraqlıları Şimali İraqda yezidi kürdlərin məskunlaşdığı Sincar Dağı bölgəsinə şimaldan hücumlar etməyə başlayıb.

Bölgəni iki aydır İŞİD-dən qorumağa çalışan kürd milislər iki kəndin İŞİD terror təşkilatının əlinə keçdiyini açıqlayıb. Bölgədə yaşayan xalqın ibadətgahlara sığındığı bildirilib.

Ailələri ilə SMS-lə vidalaşırlar

Sincar dağında İŞİD-ə qarşı mübarizə aparan yezidi kürd milislərin lideri Qasım Şeşo bölgədə üç min milisin və yeddi min mülki şəxsin yaşadığını bildirib.

Milislər İŞİD-ə qarşı sonuncu döyüşdə öləcəklərindən narahat olaraq ailələri və uşaqları ilə SMS vasitəsi ilə vidalaşırlar. İŞİD-in bölgəyə girməsi ilə yenidən qətliama məruz qalacaqlarından qorxduqlarından yezidi kürdlər ABŞ-dan hava hücumlarına başlamağı istəyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm