Beşinci versiya? - “Total”ın rəhbəri son çıxışında sanksiyalara qarşı çıxmışdı
Bizi izləyin

Dünya

Beşinci versiya? - “Total”ın rəhbəri son çıxışında sanksiyalara qarşı çıxmışdı

Xəbər verildiyi kimi, ötən gecə Moskvanın “Vnukovo” aeroportunda qartəmizləyən maşınla yülgül motorlu “Falcon” təyyarəsi toqquşması nəticəsində Fransanın “Total” neft konserninin rəhbəri Marjeri de Kristofu həlak olub.

Rusiya mediasınaın yazdığına görə, hazırda hadisəni araşdıran hüquq-mühafizə orqanları dörd versiya üzərində işləyir: pilotların səhvi, dispetçerlərin səhvi, qartəmizləyən maşının sürücüsünün səhvi və pis hava şəraiti. Lakin Marjeri de Kristofunun dünyanın enerji nəhənglərindən olan bir şirkətin prezidenti olması, Qərbin Rusiyaya qarşı sanksiyaların kəskinləşdiyi bir dövrə təsadüf etməsi və hadisənin məhz Rusiyada baş verməsi ortaya əlavə versiyalar çıxarır.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Total”ın mərhum prezidenti son çıxışında Rusiya barəsində sanksiyalara qarşı fikirlərini ifadə edib.

"Rusiyada Qərbin partnyorudur. Biz hesab etmirik ki, Rusiya qlobal iqtisadi və siyasi proseslərdən təcrid olunmalıdır. Mən tamamilə əminəm ki, açıq siyasət bizə keçmişdəki maneələrin öhdəsindən birgə gəlməyə imkan verəcək”, - deyə Moskvada xarici investisiyalar üzrə keçirilən toplantıda çıxış edən Marjeri de Kristofu bildirib.

O, qeyd edib ki, siyasi məsələlər yalnız siyasi həll tələb edir .

“Total” prezidentinin bu çıxışı Fransada da şərh edilib. Fransa-Rusiya tıcarət palatasının prezidenti Emanuel Kide Fransa parlamentində "Rusiya 2014" məruzəsinin açıqlandığı zaman “Marjeri de Kristofu ağır siyasi vəziyyətə baxmayaraq dostluq haqqında danışır və fransızları ruslarla bağlayırdı” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm