ABŞ-ın kürdlərə verdiyi silah İŞİD-in əlinə keçdi – VİDEO
Bizi izləyin

Dünya

ABŞ-ın kürdlərə verdiyi silah İŞİD-in əlinə keçdi – VİDEO

İŞİD terror təşkilatı ABŞ-ın onların ərazisinə düşən silah və tibbi ləvazimatları məhv etdiklərinə dair yayılan xəbərləri video ilə təkzib etdi.

Bundan öncə Publika.az-ın verdiyi xəbərə görə, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı İŞİD terror təşkilatının Suriya və İraqdakı hədəflərinə 12 hava hücumu etdiyini bildirib.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) tərəfindən verilən açıqlamada dünən və bu gün İŞİD terror təşkilatının (İraq Şam İslam Dövləti) Suriyadakı hədəflərinə altı hücum təşkil edildiyi bildirilir. ABŞ ordusu qırıcılarından və pilotsuz təyyarələrdən istifadə edərək İŞİD-in İraqdakı hədəflərinə də eyni sayda hücumlar təşkil edib.

Suriyadakı hücumların hamısı Kobani ətrafında baş verib. İŞİD-in bir çox silah-sursat bazası məhv edilib.

Yayılan məlumatlara görə, hücumda dünən silah və tibbi ləvazimatlarının İŞİD-in nəzarətindəki bölgəyə düşən yardım paketi də məhv edilib. Əks halda, paket terror təşkilatının əlinə keçəcəkdi.

Lakin İŞİD terror təşkilatı bir neçə saat öncə “Youtube” videopaylaşım saytına yüklədikləri bir video ilə ABŞ-ın onların ərazisinə düşən silah və tibbi ləvazimatları məhv etdiklərinə dair yayılan xəbərləri təkzib edib.

Videoda paraşütə bərkidilmiş böyük bir karqo paketi və içində silah-sursatlar olan taxta qutular görünür.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm