Poroşenko və Putin arasında telefon söhbəti olub
Bizi izləyin

Dünya

Poroşenko və Putin arasında telefon söhbəti olub

Ukrayna prezidenti Pyotr Poroşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon söhbəti olub.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, dövlət başçıları atəşkəs rejiminə riayət edilməsinin vacibliyini vurğulayıblar. Prezidentlər həmçinin təbii qaz məsələsi ətrafında yaranan problemlərin həlli üzrə fikirlərini ifadə ediblər.

Xatırladaq ki, Donbas hövzəsində atəşkəs rejimi 5 sentyabrda imzalanan Minsk protokolu ilə təmin olunub.

Lakin atəşkəs rejimi mütəmadi olaraq pozulur. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, 15 oktyabr tarixinə qədər Ukraynanın şərqində atəşkəs rejimi separatçılar tərəfindən 1,4 min dəfədən çox pozulub. Nəticədə 68 Ukrayna hərbçisi və 51 mülki şəxsin həlak olduğu deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm