
Ukrayna prezidenti Pyotr Poroşenko keçmiş dövlət başçısı Viktor Yanukoviçi qiyabi mühakimə etməyə icazə verəcək qanunu imzalayıb.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Svyatoslav Seqolko “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, Ukraynanın sabiq prezidenti çirkli pulların yuyulması və terror təşkilatının yaradılmasında ittiham olunur. Yanukoviçin hazırda Rusiyada yaşadığı bildirilir.
Ömər Dağlı