Dünya
Amerika siyasətçisi tələbələri Ebola virusuna “yoluxdurmaq” istədi
ABŞ Demokrat Partiyasının 63 yaşlı üzvü Larri Mitçel tələbə-piketçiləri Ebola virusuna yoluxduracağı ilə hədələyib.
Publika.az-ın “The Washington Times” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Kaliforniya ştatının Oklend şəhərində keçmiş dövlət katibi Hillari Klintonun çıxışı zamanı baş verib.
L.Mitçel bildirdi ki, Texasdan gəlib və Ebola virusuna yoluxub. O, deyib ki, aksiya iştirakçılarını Ebola virusuna yoluxdurmağa hazırlaşır. Təhdidlərin təsirli olmadığını görən Mitçel əlini yalayaraq piketçilərin üzərinə sürtməyə çalışıb. Bundan sonra tələbələr dağılıblar.
Qeyd edək ki, Ebola virusu 2014-cü ilin fevralında Qvineyada qeyd edilmişdi. Xəstəlik sonradan Syerra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqala yayılıb. Virusa yoluxma halları ayrı-ayrılıqda ABŞ və Avropada qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 9,2 min insan Ebola virusuna yoluxub. Onlardan 4,5 mindən çoxu ölüb.
Ömər Dağlı
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı