Pxenyan üç amerikalıdan birini azad etdi
Bizi izləyin

Dünya

Pxenyan üç amerikalıdan birini azad etdi

Şimali Koreya hakimiyyəti ABŞ vətəndaşı Cefri Foulu azad edib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin nümayəndəsi Coş Ernest jurnalistlərə bildirib.

“Cefri Foul öz ailəsinə qayıdır. Biz onu azad edən Koreya Xalq Demokratik Respublikasının qərarını təqdir edirik”, - deyə Ernest söyləyib.

Bu ilin aprelində Şimali Koreyaya turist kimi gələn Foul deyilənlərə görə İncili oteldə qoyub getdiyinə görə həbs edilib.

Onun sözlərinə görə, Şimali Koreyada həbsdə saxlanılan digər iki amerikalının - Kenesz Bae və Metyu Millerin azad olunması üçün Pxenyanla danışıqlar davam edir.

Bu il sentyabrın 14-də Miller rejim əleyhinə “düşməncə” davranışlarına görə ağır işlərdə çalışmaq cəzasına məhkum olunub. O, 4 ay öncə turist vizasında düzəliş ittihamı ilə həbs edilmişdi. Rəsmi Pxenyan amerikalı Baeni zorakı missioner sayıb və şimal rejimini devirməkdə suçlayıb. Ona 15 il ağır əməklə məşðul olması barədə hokum verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm