"Facebook"da yaydığı şəklə görə həbs olunacaq
Bizi izləyin

Dünya

"Facebook"da yaydığı şəklə görə həbs olunacaq

ABŞ-ın Virciniya ştatında 28 yaşlı üç uşaq anası Reyçel Linn Kreyq çılpaq 22 yaşlı qızın şəklini “Facebook” sosial şəbəkədə yerləşdirməkdə ittiham olunur.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Associated Press” xəbər agentliyi məlumat yayıb.

Əgər Kreyqin günahı sübuta yetirilərsə, onu bir illik həbs cəzası və ya 2,5 min dollar cərimə gözləyir. Məlumata görə, Kreyq qızın şəklini onun keçmiş sevgilisinin telefonundan çıxarıb. Onun şəkli hansı formada ələ keçirdiyi dəqiqləşməyib.

Qeyd edək ki, 1 iyulda Virciniya ştatında şəxsi razılığı olmadan başqasının çılpaq şəkli və videosunun internetdə yerləşdirilməsini qadağan edən qanun qəbul edilib. Amerikada bu qanunu “pornoqrafiya qisası” adlandırırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm