Kürdlərin Amerikan ziyafəti - FOTOLAR
Bizi izləyin

Dünya

Kürdlərin Amerikan ziyafəti - FOTOLAR

ABŞ-ın PYG-ya (kürd özünümüdafiə qüvvələri) havadan atdığı qida yardımı zəngin bir yemək menyusundan ibarətdir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hazır yeməklərdən ölkə xaricində döyüşən ABŞ əsgərləri də istifadə edir.

ABŞ-ın “C-130” yük təyyarələri Kobanidə İŞİD-ə qarşı döyüşən YPG üzvlərinə 28 konteyner silah, sursat, tibbi və qida yardımı atıb. Konteynerlardan biri İŞİD bölgəsinə düşdüyü üçün döyüş təyyarələri tərəfindən bombalanaraq məhv edildiyi bildirilir. Ondan başqa bütün yük YPG-ye çatıb.

“Vatan” qəzetinin əməkdaşı Uğur Koçbaşın xəbərinə görə, YPG-lilərə verilən yemək yardımı İraq və Əfqanıstanda döyüşən ABŞ əsgərlərinin cəbhədə istifadə etməsi üçün hazırlanan yeməklə eynisidir.

Kobaniyə çatdırılsan qidalar “Wornick” şirkətinin istehsalıdır. Keçmiş bir dənizçi əsgər olan Ronald C.Vornik tərəfindən qurulan “Wornick” şirkəti Pentaqon ilə razılaşmaya uyğun olaraq 1979-ci ildən ABŞ əsgərləri üçün hazır qida istehsalı edir. Altı fərqli menyu variantı təqdim şirkət vegetarian və dini səbəblərlə donuz əti yeməyən müsəlman və yəhudi əsgərləri üçün də 6 fərqli hazır yemək menyusu təqdim edir. Xüsusi paketlərdə gələn hazır qidaların yeyilməsi üçün isidilməsi kifayət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm