Azad Suriya Ordusu ABŞ-ı ittiham etdi
Bizi izləyin

Dünya

Azad Suriya Ordusu ABŞ-ı ittiham etdi

ABŞ-ın Kobanidə döyüşən kürdlərə silah yardım etməsi Əsəd rejimi ilə mübarizə aparan Azad Suriya Ordusnun etirazına səbəb olub.

Publika.az xəbər verir ki, Azad Suriya Ordusunun Polkovniki Malik əl-Kurdi ABŞ-ın Kobanidə döyüşən kürdlərə yardım etməsini Əsəd rejiminin dəstəklənməsi kimi qiymətləndirib.

"ABŞ Kobani kimi kiçik bir şəhərdə İŞİD-lə bir aydı döyüşən kürd qruplara silah yardım edir. Amma Suriyanın digər bölgələrində müxtəlif cinayətlər törədən Əsəd rejiminə qarşı 3,5 ildi mübarizə aparanlara eyni münsibəti göstərməməsi iyrənc bir hərəkətdi. ABŞ-ı idarə edənlər dəfələrlə bizə kömək edəcəklərinə söz verdilər, ancaq vədlərinə əməl etmədilər. Vaşinqtonun Əsəd relimi ilə əlbir olan kürdlərə silah verməsi ABŞ-ın ikili oyun oynadığını sübut edir", əl-Kurdi vurğulayıb.

O deyib ki, Kürdlər Suriyanın köklü xalqlarındandı və rejimə qarşı mübarizədə xidmətləri var.

Amma hər kəsə bəllidi ki, PYD və PKK kimi qruplar Əsəd rejimi ilə əlbirdi. Onlara edilən yardım Əsədi dəstəkləmək anlamına gəlir", - Polkovnik əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm