Dünya
Avropa Parlamenti “Qarabağ sanksiyası”na hazırlaşır
Ermənistan Respublikaçılar Partiyasından olan deputat Samvel Farmanyan 5-6 Fevral tarixlərində Avropa Parlamentində olan erməni deputat qrupuna rəhbərlik edib. O, avropalı parlamentarilərlə keçirilən görüşlərdən sonra nəticələrlə bağlı narahatlığını “Facebook” səhifəsinə ifadə edib.Publika.Az –ın “Lragir” qəzetinə istinadən verdiyi məlumata görə, deputat Avropa Parlamentinin Ermənistanın indiki xarici siyasətinini anlamadığını bildirib.
Onun sözlərinə görə, İrəvanın Avropa yolundan imtina etməsinə cavab olaraq Avropa Parlamenti “sanksiya” kimi "Qarabağ münaqişəsi üzrə daha sərt yanaşmaları” təklif edir. Başqa sözlə, deputat xəbərdarlıq edir ki, Avropa Parlamentinin Qarabağla bağlı sərt qətnaməsini gözləməlidir. “Görünür ki, Avropa strukturları özünün indiyə qədər nümayiş etdirdiyi neytral və sülhsevər mövqeyini Ermənistanın xeyrinə dəyişdirməyəcəklər”, - erməni deputat narahatlığını ifadə edir.
“Lragir” qəzeti qeyd edir ki, Ermənistan hakimiyyəti Gömrük Şurasına üzvlüklə bağlı qərarının vacibliyini təhlükəsizlik, həmçinin Qarabağ problem ilə əsaslandırmağa çalışır. Bununla belə qəzet bildirir ki, Avropa İttifaqı ilə assosiasiya haqqında sazişin Qarabağ və Ermənistanı nə qədər və necə təhdid etdiyini heç kim izah etmirdi.
Ömər Dağlı
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı