• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

PYD peşmərgənin köməyindən imtina edib

  • Dünya
  • 22 Oktyabr 2014 09:00
  • 765 Baxış
PYD peşmərgənin köməyindən imtina edib

ABŞ-ın Kobanidə İŞİD-ə qarşı döyüşən kürdlərə yardım etməsi PKK-nın silahlı qruplarını bir-biri ilə üz-üzə qoyub.

Publika.az-ın məlumatına görə, yardımın kim tərəfindən edilməsi ilə bağlı kürd silahlıları arasında fikir ayrılığı yaranıb. Hətta vəziyyət o yerə çatıb ki, PYD və YPG döyüşçüləri peşmərgənin Kobaniyə gəlməsinə də etiraz edirlər.

PYD-nin həmsədri Ənvər Müslim BBC-nin Türkiyə bürosuna açıqlamasında yardım məsləsinə aydınlıq gətirib. O deyib ki, ABŞ silah-sursat və tibbi ləvazimatlar atdı, gənclər gedib götürdülər.

Ənvər Müslim deyib ki, onların peşmərgəyə eytiyacı yoxdu. Əgər yardım edəcəklərsə, silah-sursatla etsinlər. Kobaniyə gəlmək məsələsini isə YPG ilə müzakirə etməlidirlər.

“Ehtiyac olarsa, YPG gəlmələrinə razılıq verər. Yaxşı olar ki, onlar İraqda qalıb İŞİD-lə döyüşsünlər. Bizim İŞİD-lə savaşacaq kifayət qədər gənclərimiz var”, - Müslim əlavə edib.

Qeyd edək ki, Türkiyə rəsmiləri peşmərgənin Kobaniyə keçməsinə razılıq versə də, kürd silahlıları arasındakı fikir ayrılığına görə, bunun reallaşması mümkün olmayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR