“DXR”in hərbi texnikası Kiyevə qədər çatdı – FOTOLAR
Bizi izləyin

Dünya

“DXR”in hərbi texnikası Kiyevə qədər çatdı – FOTOLAR

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası”nın yanmış və vurulmuş hərbi texnikası Kiyevə gətirilib.

Publika.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hərbi texnikanın xüsusi “sərgi”sini Milli Qvardiyanın “Azov” batalyonunun polk komandiri Andrey Bileski təşkil etdi.

Rusiya daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko isə “Facebook” səhifəsində yazıb ki, Rusiya ordusunun məxsus “BTR-80” zirehli texnikası “sərgi”nin əsas bəzəyi olub. Onu Novoazovsk ətrafında gedən döyüşlərdə ələ keçirmişdilər.

Mariupolun azad olunması üçün 13 iyunda həyata keçirilən əməliyyatda qumbaraatanla vurulmuş “BRDM-2” də nisbətən yaxşı vəziyyətdədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm