“DXR”-in “sabiq müdafiə naziri” Putini Haaqa Tribunalı ilə hədələdi
Bizi izləyin

Dünya

“DXR”-in “sabiq müdafiə naziri” Putini Haaqa Tribunalı ilə hədələdi

Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti, Donetskdə döyüşən rusiyayönümlü silahlıların keçmiş rəhbəri İqor Strelkov Rusiya prezidenti Vladimir Putini Haaqa Tribunalı ilə hədələyib.

Publika.az-ın “Novorossiya” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, o, hazırkı komandanın Vladimir Putinə yalnız Haaqa Tribunalına çatmağa zəmanət verdiyini deyib.

Qirkin (Qurkin onun ləqəbidir – Ö.D.) hesab edir ki, Ukrayna münaqişənin eskalasiyası və onun ərazisi üzərində nəzarətin təmin olunması Rusiyanın sağ qalması və onun prezidenti üçün yeganə zəmanətdir.

Xatırladaq ki, avqustun ortalarında İ.Strelkovun ağır yaralanması barədə xəbər yayılıb. O, bir neçə gün sonra “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri” postundan istefa verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm