• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Separatçılar Donbasın kömürünü satmağa başladılar

  • Dünya
  • 22 Oktyabr 2014 11:46
  • 362 Baxış
Separatçılar Donbasın kömürünü satmağa başladılar

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) Rusiya tərəfindən ilhaq olunan Krıma bu həftə kömürün çatdırılmasına başlamağa hazırdır.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə separatçı qurumun “yanacaq energetika naziri” Aleksey Qranovski bildirib.

Onun sözlərinə görə, Krımla müvafiq razılıq artıq əldə ounub. “DXR”in baş naziri Aleksandr Zaxarçenko Krıma bu həftənin cümə gününə qədər kömür göndərilməsi barədə göstəriş verib. Daha əvvəl Krımın yanacaq və energetika naziri Sergey Yeqorov bildirdi ki, “DXR”dən kömürün idxalı barədə danışıqlar aparılır.

Krıma çatdırılacaq kömürün həcmi və qiyməti barədə məlumat verilmir.

“DXR”in baş naziri Ukraynanın Donetsk kömürü olmadan qışda donacağını deyib. O, Ukraynanın kömür ehtiyatının 85 faizinin Donetsk vilayətində olduğunu xatırladıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR