Lavrov Ukrayna böhranının əsas səbəbini açıqladı
Bizi izləyin

Dünya

Lavrov Ukrayna böhranının əsas səbəbini açıqladı

Ukrayna böhranı Avroatlantik sərhədlərin şərqə çəkilməsi ilə bağlı Qərbin cəhdlərinin bilavasitə nəticəsi idi.

Publika.az-ın RİA informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Cənclər İctimai Palatasının üzvləri ilə görüşündə bildirib.

Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, Rusiya Federasiyası beynəlxalq hüquq normalarına ciddi tərəfdar olaraq milli maraqları müdafiə etməkdə davam edəcək: "Biz kiminləsə qarşıdurmaya getmək istəmirik. Amm bu kimi cəhdlərə qarşı çıxırıq və ədalətli hesab etdiyimiz milli maraqlarımızı möhkəm müdafiə edəcəyik. Biz dövlətlərin beynəlxalq hüquq normalarına əsaslanan qarşılıqlı münasibətlərini dəstəkləyirik”.

S.Lavrov əmin olduğunu söyləyib ki, hələlik çoxqütblü dünyanın həqiqətlərini qəbul etmək istəməyənlər bu fikirlərindən daşınacaqlar: “Bu, beynəlxalq münasibətlərin inkişafına daha yaxşı imkan yaradacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm