• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Kiyev seçkilərdən dərhal sonra müharibəyə başlayacaq – İddia

  • Dünya
  • 22 Oktyabr 2014 15:18
  • 907 Baxış
Kiyev seçkilərdən dərhal sonra müharibəyə başlayacaq – İddia

Kiyev hakimiyyəti Ali Radaya 26 oktyabrda keçiriləcək seçkilərdən dərhal sonra Donbas hövzəsinə hücuma başlayacaq.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, yazıçı Eduard Limonov hakimiyyətin hazırda güc topladığını bildirib.

“Heç kim deməyəcək ki, biz hücuma başladıq. Deyəcəklər ki, separatçılar provokasiya etdilər, atəşkəs rejimini onlar pozdular. Və siz bunun belə olmadığını sübut edə bilməyəcəksiniz”, - deyə yazıçı deyib.

Amma o, əlavə edib ki, Ukraynanın şərqində aktiv döyüş əməliyyatların başlayacağı halda dünya liderlərin və beynəlxalq institutların köməyinə bel bağlamaq lazım deyil. E.Limonov əmindir ki, dünya cəmiyyəti yenidən kənarda olacaq.

“Nezavisimaya Qazeta” da hesab edir ki, Pyotr Poroşenko sərt və hücum siyasətinə üstünlük vermək niyyətindədir.

“Milyonlarla Rusiya və Ukrayna sakini bu sərtliyi tezliklə hiss edəcək. İstisna edilmir ki, qadağalar dəmir və hava yollarına da toxunacaq. Eyni zamanda Ukrayna hökumətinə birtərəfli qaydada dövlət sərhədinin demarkasiyası və sərhədin lazımi mühəndis-texniki avadanlıqlarla təmin edilməsi barədə göstəriş verilir. Kiyev, məlum olduğu kimi, döyüş əməliyyatlarını dayandırmağa və ölkənin şərqindəki regionlara xüsusi statusu verməyə razılaşıb. Digər tərəfdən isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə güc strukturlarına döyüş məsələləri üzrə tapşırıq verilir. Kiyev həmçinin təmas xəttindən ağır hərbi texnikanı aparmağa tələsmir. Ehtimal ki, Poroşenkoya atəşkəs razılaşması Donetsk və Luqansk vilayətlərində problemlərini həll etmək üçün deyil, yeni döyüşlərə hazırlıq üçün lazımdır. Ukrayna prezidenti tərəfindən təsdiq edilmiş sözügedən qərar yeni silahların alınması üçün büdcə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Milli müdafiənin sistemində islahatların aparılması Rusiyanın Şimali Qafqazda antiterror əməliyyatları keçirdiyi vaxtda atdığı addımları xatırladır. Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə Rusiyada olduğu kimi güc strukturlarının arxa təminatının ümumi sistemi yaradılır və xüsusi əməliyyat güclər formalaşdırılır”, - deyə Rusiya nəşri vurğulayəb.

Rusiya Hərbi Elmlər Akademiyasının üzv-müxbiri Eduard Rodyukov da təsdiqləyir ki, Kiyevin hazırkı müdafiə planları Ukrayna rəhbərliyinin qətiyyətli hərbi hərəkətlərə hazırlaşdığını göstərir: “Çətin ki, Ukrayna yaxın vaxtlarda genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. Amma Poroşenko orduda yenilənmə aparacaq və ölkə iqtisadiyyatını hərbi relslərin üzərinə çıxaracaq. Bu baxımdan ölkənin cənub-şərqində ətçəkmə əməliyyatrının yenilənməsi istisna edilmir. Rusiya və beynəlxalq cəmiyyət bu cür hərəkətlərinin perspektivinin olmadığına Ukrayna liderini inandırmalıdır. Əks halda, faciələrdən qaçmaq mümkün olmayacaq”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR