PKK-nın Türkiyədə gizli xəstəxanası var
Bizi izləyin

Dünya

PKK-nın Türkiyədə gizli xəstəxanası var

ABŞ-ın “Foreign Policy” jurnalı Kobanidə yaralanan YPG yaraqlıları ilə bərabər PKK-çıların da Suruçda müalicə olunduğunu yazıb.

Publika.az xəbər verir ki, internet saytında yayımlanan xəbərə görə, Türkiyə vətəndaşı olan PKK terror təşkilatının üzvləri “gizli yoldan” istifadə edərək Türkiyəyə daxil olurlar.

“Foreign Policy”yə açıqlama verən Sado adlı yaraqlı Kobanidəki döyüşlərdə yaralananları Türkiyəyə avtomobillə gətirdiklərini bildirərək deyib: “Bizi hər gün görürlər. Hansı maşından istifadə etdiklərimizi bilirlər”.

Sadonun fikrincə, Türkiyə sərhəd keçid məntəqələrində postda dayanan əsgərlər bu cür müdaxilələrə göz yumurlar. Türkiyə sərhədləri daxilindəki baxımsız bir xəstəxanada isə yaralılar müalicə edilir. Türkiyə xəstəxanalarında müalicə edilən YPG-çi sayı rəsmi rəqəmlərə görə 500-ə yaxındır. Amma həbs olunma qorxusu üzündən PKK-çılar sərhəd keçid məntəqələrindən istifadə etmirlər.

Türkiyəyə müalicəyə gələn PKK-çılar arasında qondarma Diyarbəkir koordinatoru olan Sofi kod adlı Səlahəddin Diləyin də olduğu məlum olub. Türkiyənin Diyarbəkir bölgəsində uzun illərdir PKK-nın dağda döyüşən yaraqlıları arasında olub. İndi isə Kobanidə yaralanan cəbhə koordinatorunun Şanlıurfanın Suruç Dövlət Xəstəxanasına gətirildiyi məlum olub. Həbsə alınan Diləyin təhlükəsizlik məqsədi ilə iki gün əvvəl Şanlıurfa Balıqlıgöl Dövlət Xəstəxanasına aparıldığı, burada əməliyyat edildiyi və müalicəsinin davam etdiyi bildirilib. Müalicə olunan PKK terror təşkilatının üzvü Dilək əsgərlərə qarşı hücum etmək əmri verməkdə və Diyarbəkir-Bingöl magistral yolunu bağlayaraq onlara daş atmağı tapşırmaqda və həmin ərazidə bir zabiti qaçıraraq sorğu-sual etməkdə günahlandırılır.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm