Ukrayna Avropa, yoxsa Avrasiya İttifaqını istəyir? - Sorğu
Bizi izləyin

Dünya

Ukrayna Avropa, yoxsa Avrasiya İttifaqını istəyir? - Sorğu

Ukraynanın xarici siyasi kursunun müəyyənləşdirilməsi üçün təklif olunan həll variantlarından biri də referendumun keçirilməsidir.

Ukraynanın xarici siyasi kursunun müəyyənləşdirilməsi üçün təklif olunan həll variantlarından biri də referendumun keçirilməsidir.Publika.Az –ın “İnterfaks-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Kiyev Beynəlxalq İnstitutunun sosial və marketinq tədqiqatları mərkəzi Ukraynanın xarici siyasi kursu ilə bağlı sorğu keçirib.

Vətəndaşlardan “Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi İttifaqına inteqrasiyanı dəstəkləyirsiniz” sualına cavab verilməsi istənilib. Sorğunun nəticələrində görə, Ukrayna vətəndaşlarının 46,7 faizi Avropa İttifaqı (Aİ), 38 faizi isə Rusiya, Belorus və Qazaxıstanın yer alacağı Avrasiya İqtisadi İttifaqına inteqrasiyanı dəstəkləyir.

Rəyi soruşulanların 33,8 faizi Aİ, 39,8 faizi Avrasiya İqtisadi İttifaqına qarşı çıxır. Bununla belə, vətəndaşların 9-10 faizi referendumda iştirak etmək niyyətində deyil, 10-13 faizi isə cavab verməkdə çətinlik çəkib. Aİ və Gömrük Şurasına üzvlüyə gəlincə, rəyi soruşulanların müvafiq olaraq 44,5 və 36,1 faizi bunu dəstəkləyir.

Sorğu iştirakçılarının 55,2 faizi referendumda iştirak etməyə hazır olduğunu bildirib. Sorğu 24 Yanvar-1 Fevral tarixlərində Ukraynanın bütün regionlarında üzbəüz müsahibə metodu ilə keçirilib. Sorğuda 2,4 min respondentin iştirak etdiyi və səhv ehtimalının 2 faizi keçmədiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm