ABŞ Yaxın Şərqdə “Yeni İncirlik” yaradır
Bizi izləyin

Dünya

ABŞ Yaxın Şərqdə “Yeni İncirlik” yaradır

Amerika Birləşmiş Ştatları (ABŞ) Şimali İraq kürd muxtariyyəti ərazisində hərbi baza yaradacaq.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Şimali İraq kürd regional rəhbərliyindəki bir mənbə bildirib.

Onun sözlərinə görə, ABŞ Səddam Hüseyn dövründən qalan Herir hərbi hava limanını bazaya çevirəcək. Mənbə hava limanının boşaldılmasına artıq başlanıldığını deyib. O, bir həftə ərzində bu işin başa çatdırılacağını qeyd edib.

“Peşmərgə Nazirliyi və ABŞ hərbi komandirlərindən ibarət bir heyət keçən ay hava limanına baş çəkib. Daha sonra dörd dəfə hava limanına araşdırmağa gəldilər. Bu bölgə Türkiyə, İran, Suriya və İraqa yaxın olduğu üçün strateji əhəmiyyətə sahibdir”, - adını çəkilməsini istəməyən mənbə vurğulayıb.

Herir hava limanı İraqın mərhum dövlət başçısı Səddam Hüseyn dövründə hərbi hava limanı olaraq istifadə edilib. ABŞ BAAS rejiminin 2003-cü ildə devrilməsindən bir müddət buranı hərbi bölgə olaraq istifadə etmişdi. Hava limanı İran-İraq sərhədinin 60 kilometrliyində yerləşir. İraq-İran müharibəsi zamanı hərbi təyyarələrinin buradan da qalxdığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm