Dünya
Ərdoğan: “Peşmərgə təklifini Obamaya mən vermişdim”
Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğanpeşmərgənin Türkiyədən keçərək Kobaniyə getməsi ilə bağlı açıqlamalar verib.
Publika.az “Radikal”a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan Latviya və Estoniya səfərindən öncə Ankara Əsənboğahavalimanında jurnalistlərin qarşısına çıxıb. Ərdoğan “onsuz da peşmərgə təklifini Obamaya mən vermişdim” deyib:
“PeşmərgələrinKobaniyə getməsi ilə əlaqədar olaraq cənab Obama ilə telefon danışığımız zamanı ona bu təklifi, onsuz da, mən vermişdim. “Buradakı PYD və PKK qruplarına verəcəyiniz dəstək bizim üçün qəbuledilməzdir” demişdim. “Burada, birincisi, Azad Suriya Ordusu, ikinci,peşmərgə ilə əlaqədar əməkdaşlığı qəbul edə bilərik” demişdim.
Kobanininboşaldılması məsələsində iki günlük vaxtdan danışırdılar. Mən bunları demək məcburiyyətindəyəm. İnternet saytlarına düşən görüntülər ortadadır. Havadan atılan silahların bəzisinin İŞİD-in əlinə keçdiyini onlar da qəbul etdi. Belə bir əməliyyat tərif edilə bilməz, izah edilə bilməz. Siz kimə dəstək verirsiniz? Hər şey ortadadır. Mosuldakı əməliyyatı xatırlasanız, eyni şeyi görürsünüz. İki gün keçdi. İki. Dördüncü günündəyik. Kobani boşaldılmadı. O ki qaldı Kobaninin niyə bunlar üçün strateji yer olmasına, bax bunu anlamaqda çətinlik çəkirəm. Çünki Kobanidə mülki şəxs qalmayıb.
Kobanidə yalnız iki minə yaxın insan yaşayır. Və peşmərgəyə də əvvəlcə “hə”deməyiblər, yalnız indi qismən “hə” deyiblər. Biz də onlara kömək edəcəyimizi dedik. Türkiyədə haradan keçəcəklərinə dair qərarı bu məsələdə məsul olan şəxslər bilir. Mənim burada nəsədeməyim düzgün olmaz.
PYD-yə verilən dəstək PKK-ya verilib deməkdir”.
Qabil
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO