Kanada parlamentini atəşə tutdular: baş nazir qaçdı - VİDEO
Bizi izləyin

Dünya

Kanada parlamentini atəşə tutdular: baş nazir qaçdı - VİDEO

Kanadanın paytaxtı Ottava şəhərində naməlum şəxslər parlament yaxınlıqda yerləşən Milli hərbi memorialın yanında hərbi qulluqçuya atəş açıblar.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə BBC-nin rus xidməti bildirib.

Həmin şəxslər daha sonra parlament binasına qaçıb və təxminən 30 dəfə atəş açıb. Naməlum şəxslərdən biri öldürülüb.

Hüquq-mühafizə orqanları bildirib ki, hazırda onun mümkün cinayət yoldaşları axtarılır. Bildirilir ki, ölkənin baş naziri Xarper Stiven parlamenti tərk edib və zərər çəkməyib.

Hələlik zərər çəkənlər haqqında detallı informasiya yoxdur. Yalnız bir hərbçinin yaralandığı deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm