Əsəd müxalifəti bitirdi: 36 saatda 210 hava hücumu - FOTO
Bizi izləyin

Dünya

Əsəd müxalifəti bitirdi: 36 saatda 210 hava hücumu - FOTO

Suriya hərbçiləri son günlərdə hücumlarını intensivləşdirərək, üsyançıların nəzarətində olan ərazilərə 200-dən artıq hava zərbəsi endirib.

Publika.az xəbər verir ki, bu barədə BBC-yə Britaniyadakı suriyalı fəalların “Syrian Observatory for Human Rights” (SOHR) tşkilatı məlumat verib.

Təşkilatın məlumatına görə, əsasən qərb əyalətlərində baş verən hücumlar bazar günü və çərşənbə axşamı həyata keçirilib.

Həmlələr nəticəsində çox sayda insan itkisinin olduğunu bildirən hüquq müdafiəçiləri ölənlərin dəqiq sayı barədə məlumat verməyib.

Suriyada həyata keçirilən yeni hücumlar koalisiya qüvvələrinin Suriya və İraqdakı İŞİD mövqelərinin bombalanması ilə eyni vaxta təsadüf edir.

Suriya hava qüvvələri üsyançıların nəzarət etdiyi Quneitra, Dəraa, Dəməşqin ətraf rayonları, Həma, İdlib və Hələb şəhərlərindəki hədəflərə qarşı hava hücumları həyata keçiriblər. Cənub-qərbdən şimal-qərbədək yerləşən bölgələrlə yanaşı hava zərbələrinə ölkənin şimal şərqindəki İD nəzarətində olan Deir al-Zour şəhəri də məruz qalıb.

İordaniya ilə həmsərhəd bölgədə yerləşən Nassib şəhərində çərşənbə axşamı həyata keçirilən hökumət qüvvələrinin həmləsi 8 adamın ölümünə bais olub, fəallar bildirirlər.

Müxalifətin Əlaqələndirici Komitəsi şəbəkəsinə əsasən təyyarələrdən şəhərə partayıcı ilə dolu çənlər atılıb.

Təşkilat hər gün orta hesabla 12-20 hava hücumunun həyata keçirildiyini bildirir. Beləki, son 36 saat ərzində 210 hava hücumu həta həyata keçirilib.

Təşkilat hesab edir ki, Əsəd rejimi üsyançıların ABŞ tərəfindən silahlandırılacağı və onlara təlim keçiriləcəyi barədə məlumata malik olduğundan müxalifəti əvvəlcədən zəyiflətməyə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm