Dünya
ABŞ Ukraynadan “körpü” düzəltmək niyyətindədir
“ABŞ Ukraynanı Avropa və Rusiya arasında “körpü” kimi görmək istəyir”.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibi Con Kerri Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayerlə görüşdən sonra bildirib.
C.Kerri qeyd edib ki, ABŞ Ukraynada Rusiya təcavüzünün dayandırılmasını tələb edir və Rusiya Federasiyası ilə münaqişəyə girmək istəmir.
Öz növbəsində Almaniya Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, Ukrayna münaqişəsi əvvəlki kimi “partlayıcı potensialı” kifayət qədər özündə saxlayır və Avropada sülhü hədələyir. “Biz Ukraynanın ərazi bütövlüyünü saxlamaq üçün vəziyyətə təsir etməliyik”, - deyə Ştaynmayer vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna-Rusiya sərhədində nəzarəti təmin etmək, iki ölkənin arasındakı bufer zonasından qoşunlar uzaqlaşdırılmalıdır.
Ömər Dağlı
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia