• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

ABŞ iddiaları təsdiq etdi – Silahlar İŞİD-in əlinə keçib

  • Dünya
  • 23 Oktyabr 2014 12:14
  • 483 Baxış
ABŞ iddiaları təsdiq etdi – Silahlar İŞİD-in əlinə keçib

ABŞ Müdafiə Nazirliyi Kobanidə İŞİD-ə qarşı döyüşən silahlı qruplaşmalara havadan atılan silah və tibbi ləvazimatlarla dolu konteynerlərdən birinin İŞİD yaraqlılarının əlinə keçdiyini təsdiq elədi.

Publika.az “Ahaber”ə istinadən xəbər verir ki, Pentaqon sözçüsü Stiv Voren jurnalistlərə verdiyi açıqlamada Kobanidəki kürd qruplaşmalara havadan atılan 28 konteynerdən ikisinin hədəfdən yayındığını bildirib.

Voren bu iki konteynerdən birinin yerə düşdükdən qısa müddət sonra havadan vurularaq məhv edildiyini, digərinin isə İŞİD-in (İraq Şam İslam Dövləti) əlinə keçdiyini qeyd edib.

İçərisində kiçik silahlar, əl bombaları, tibbi ləvazimatlar və cəbbəxanaların olduğu konteyneri daşıyan paraşüt küləyə görə hədəfdən yayınıb. Məsələ ilə bağlı Voren bildirib: “Avadanlıq dolu konteyner düşmənə istənilən halda yetərli olmayacaq. Zatən İŞİD az miqdarda avadanlığa sahibdir”.

Xatırladaq ki, ABŞ hərbi qüvvələri (CENTCOM) oktyabrın 20-də Suriyanın şimalındakı Kobanidə İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı ilə döyüşən kürd qüvvələrinə havadan silah və tibbi ləvazimat yardımları etdiyinə dair açıqlama verib. Açıqlamada İŞİD-ə qarşı Kobanini qoruyan kürd qüvvələrinə havadan yardım etdiklərini bildirib.

Lakin İŞİD terror təşkilatı həmin gün “Youtube” videopaylaşım saytına yüklədikləri bir video ilə ABŞ-ın onların ərazisinə düşən silah və tibbi ləvazimatları məhv etdiklərinə dair yayılan xəbərləri təkzib edib. Videoda paraşütə bərkidilmiş böyük bir karqo paketi və içində silah-sursatlar olan taxta qutular görünür.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR