• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Türkiyə üçün daha bir “başağrısı”: Kürdlərdən növbəti addım

  • Dünya
  • 23 Oktyabr 2014 12:46
  • 672 Baxış
Türkiyə üçün daha bir “başağrısı”: Kürdlərdən növbəti addım

Suriyalı kürdlər Kobani böhranının həllindən sonra birliyin təmin edilməsi üçün əhəmiyyətli addımlar atmağa hazırlaşır.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İraq kürd muxtariyyətinin lideri Məsud Bərzaninin ev sahibliyi etdiyi Dohuk toplantısında bir araya gələn suriyalı kürdlər Rojava adlanan üç kantonlu kürd muxtar bölgəsinin yaradılması barədə razılaşıb.

Razılaşmada 3 kritik maddə

Demokratik Birlik Partiyasının (PYD) da yer aldığı və Demokratik Cəmiyyət Hərəkatı (TEV-DEM) ilə Bərzaninin dəstəklədiyi Suriya Kürd Milli ŞurasI (KUK) arasında imzalanan razılaşma KUK-un Rojavada üç kantonlu muxtar rəhbərlikdə iştirakını nəzərdə tutur. Amma kanton modelinin saxlanılıb-saxlanılmayacağı barədə ziddiyyətli açıqlamalar verilir. TEV-DEM İdarə Heyətinin üzvü Hacı Mənsura görə üç kanton üzərində Ali Şura yaradılacaq və buraya bütün partiyalar daxil olacaq. Şura bütün mübahisəli məsələlərdə son sözü söyləyən üst qurum funksiyasını yerinə yetirəcək. Şurada KUK-a və TEV-DEM-ə bağlı partiyaların hərəsinə 40, müstəqil hərəkət edən partiyalara da 20 faiz yer verilməsi nəzərdə tutulur. Razılaşmanın ikinci əhəmiyyətli maddəsi isə KUK-a bağlı peşmerge gücünün Rojavanın əsgəri gücü olan Xalq Müdafiə Birliklərində (YPG) təmsil olunması ilə bağlıdır. Üçüncü kritik maddə isə budur ki, Rojava konstitusiyasını əvəz edəcək ictimai müqavilədə bəzi tənzimləmələr həyata keçiriləcək.

KUK: “Kantonlar vilayət olacaq”

Suriya Kürdüstan Demokrat Partiyasının başçısı Suud Mele PYD ilə siyasi, hərbi və administrativ olmaqla üç istiqamətdə razılaşdığını deyib. KUK üzvü Nuru Brimo isə üç kantonun vilayət status alacağını, ortaq siyasi iradə, rəhbərlik və hərbi gücün olacağını bildirib. TEV-DEM isə kantonların statusunun dəyişəcəyi barədə xəbərləri təkzib edib. PYD-nin həmsədri Məhəmməd Saleh Müslim də bu fikri rədd edib.

KUK ictimai müqavilədə Kürdüstan və kürd şəxsiyyətinin önə çəkilməsini, Cezirə, Kobani və Afrin kantonlarını əhatə edəcək ümumi bir hökumətin qurulmasını istəyirdi. TEV-DEM İdarə Heyətinin üzvü Hacı Mənsur isə Kürdüstan adı ilə muxtar bölgə və ya federasiya elan edilməsini qəbul etmədiklərini deyib. “Burada yalnız kürdlər yaşamır. Konstitusiyada dəyişikliklər edilə bilər, amma bu mümkün deyil”, - deyə Hacı Mansur qeyd edib.

“Times”: “Kürdlər yarımuxtariyyət istəyir”

İngiltərənin “Times” qəzeti isə kürdlərin Dohukda keçirilən toplantısından çıxan nəticəni “suriyalı kürdlər Cezirə, Afrin və Kobani kantonlarını Rojava adı altında yarı-muxtar kürd bölgəsi elan olunmasını tələb edir” şəklində şərh edib.

Xatırladaq ki, kürd partiyaları Məsud Bərzaninin istəyi ilə 11 iyul 2012-ci ildə imzalanan Ərbil Razılaşması çərçivəsində Kürd Ali Şurasının çətiri altında birləşmişdi. PYD-nin Bəşər Əsəd rejimi ilə əməkdaşlıq etməsi isə prosesin dayanmasına gətirin çıxarmışdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR