Obama və Putin postsovet məkanı barədə razılaşıb? – Sorosdan şok iddia
Bizi izləyin

Dünya

Obama və Putin postsovet məkanı barədə razılaşıb? – Sorosdan şok iddia

Soros Fondu kimi tanınan Açıq Cəmiyyət İnstitutunun rəhbəri, məşhur amerikalı milyarder və investor Corc Soros şok bir iddia ilə çıxış edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Soros ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Vladimir Putinlə strateji məsələlərdə razılaşac biləcəyini iddia edib.

Soros bildirib ki, prezidentlər arasında “böyük saziş”in əldə olunacağı barədə onda narahatlıq var: “Mən liderlər arasında böyük razılaşmanın ola biləcəyindən şübhələnirəm. Razılaşma bundan ibarət ola bilər ki, Rusiya İŞİD-ə qarşı mübarizədə ABŞ-a kömək edəcək və Suriyaya “S-300” zenit-raket komplekslərini çatdırmayacaq. Beləliklə, ABŞ-ın hökmranlığı saxlanmış olacaq. Əvəzində isə ABŞ Rusiyaya “yaxın xaricdə” öz siyasətini davam etdirməyə icazə veriləcək. “Yaxın xarici” isə Rusiya ilə həmsərhəd ölkələrdir”.

“Çox təhlükəlidir ki, prezident Obama belə bir sazişi qəbul edə bilər", - deyə Soros əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm