Peşmərgə bu gecə Kobaniyə keçir: “Mavi beretlilər sərhəddədir”
Bizi izləyin

Dünya

Peşmərgə bu gecə Kobaniyə keçir: “Mavi beretlilər sərhəddədir”

İraq Kürd Regional Rəhbərliyinin (İKRR) parlamentində qəbul edilən qanun layihəsinə əsasən, peşmərgələr Türkiyənin açdığı dəhlizdən istifadə edərək Kobaniyə getmək üçün yola çıxıb.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, Türkiyənin nəzarətindəki təhlükəsiz bir yerdə toplaşan peşmərgələrin bu gecə Kobaniyə girişi təmin ediləcək. Kobaniyə xüsusi təlim görmüş peşmərgələrin “Zərəvani” qrupu gedəcək.

Peşmərgənin 1500 nəfərlik “Zərəvani” qrupu Türkiyənin müəyyən etdiyi yolla Kobaniyə gedəcək. Ümumilikdə üç min nəfərdən ibarət olan “Zərəvani” qrupunun hamısı ağır silah təlimi keçib.

MİT-in “keçmiş PKK-çı” həssaslığı

Kobaniyə giriş edəcək peşmərgə qrupunun kimlərdən ibarət olduğu Türkiyə üçün ən həssas mövzudur. Buna görə MİT (Milli Kəşfiyyat Təşkilatı) İKRR-dən peşmərgələrin siyahısını tələb edib. PKK-dan ayrıldıqdan sonra İKRR-nə sığınan keçmiş PKK-çıların da Kobaniyə girmək ehtimalı olduğundan, siyahıdakı bütün adların bir-bir yoxlanılacağı gözlənilir.

Peşmərgəyə yaxın mənbələrin verdiyi xəbərə görə, Kobaniyə gedən qrup üzvləri “Zərəvani”, “Hezen Taybet” və “Diji” adı verilən peşmərgə xüsusi təyinatlılarının içərisindəki antiterror, həmçinin sui-qəsd, sabotaj və partlayıcı və ağır silah təlimi görmüş İKRR vətəndaşlarının arasından seçiləcək.

Türkiyənin peşmərgə həssaslığının səbəbinin 10 illik tarixi var. PKK terror təşkilatının içərisindəki ilk böyük bölünmənin baş verdiyi 2004-cü ildə PKK-dan ayrılan iki mindən çox yaraqlını Təlabani və Bərzani himayəsinə götürüb. Bunlardan içərisində peşmərgələrin “Zərəvani” adlı xüsusi təyinatlıların başçısı, keçmiş PKK-çı Əziz Veysi də var. Bərzaninin qardaşı oğlu olan Veysi 1991-ci ildə PKK-dan ayrılıb və hələ də “Zərəvani” qrupunun rəhbəridir. 2014-cü ilə qədər PKK-dan ayrılan yaraqlılar Bərzani hakimyyətinin kəşfiyyat orqanı olan “Parastın” və Təlabani hakimiyyətinin “Zaniyari” hərbi birliyinin peşmərgə qüvvələrinə qoşulub. Kimisi kəşfiyyatçı, kimisi peşmərgə olub. Onların çoxu PKK-da gördüyü təlimi peşmərgə qüvvələrində də tətbiq edib. Bəziləri isə peşmərgəyə ABŞ tərəfindən verilən hərbi təlim proqramına daxil edilib. Bu şəxslərin çoxu İraq ordusu içərisində peşmərgəyə maaş qarşılığında xidmət edib və “Əl-Qaidə” kimi radikal islamçı terror təşkilatlarına qarşı döyüşlərə qatılıb. Türkiyənin İKRR-dən siyahısı tələb etməsinə səbəb MİT-in əlindəki bu məlumatlarla bağlıdır.

Mavi beretlilər sərhəddə

Kobanini 38 gündür mühasirədə saxlayan İŞİD terror təşkilatı son bir həftədir ki, ciddi zərbə alıb. ABŞ-ın liderliyi ilə koalisiya qüvvələrinin hava hücumlarından sonra taktikasını dəyişən İŞİD şəhəri müdafiə edən YPG-yə bomba yüklənmiş avtomobillərlə hücum edib. Nəticədə, YPG cəbbəxanasını vurmağa nail olub. Ancaq İŞİD-in göndərdiyi bomba yüklənmiş 13 avtomobil də məhv edilib.

Xarabalığa çevrilən Kobanidə YPG ilə İŞİD arasında toqquşma dünən də davam edib. Kobaninin Türkiyə ilə sərhədində yerləşən Mürşidpınar sərhəd məntəqəsi humanitar yardımlar üçün açılsa da, İŞİD oranı da ələ keçirməyə çalışıb. Lakin koalisiya qüvvələri İŞİD sipərlərini məhv edib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm