Donetskdəki mənbə: “Silah anbarını terrorçuların özləri partladıb”
Bizi izləyin

Dünya

Donetskdəki mənbə: “Silah anbarını terrorçuların özləri partladıb”

Donetskdəki mənbə şəhərdə silah-sursat anbarının partlayışı barədə maraqlı bir iddia ilə çıxış edib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, o, anbarın terrorçu qrupların özləri tərəfindən partladıla biləcəyini deyib.

“Donetsk Xalq Respublikası” separatçı qurum daxilində yaranmış münaqişələrin aşkarlanmasının qarşısını almaq üçün hadisəyə görə partizanları ittiham edə bilər”, - mənbə “Facebook” səhifəsində yazıb.

“Şəhərdə partizanlar haqqında heç kim eşitməyib. Terrorçu qrupları daxilində artıq bir neçə dəfə bu cür münaqişələr yaranıb. Mümkündür ki, bu dəfə onlar sadəcə kimin daha güclü olduğunu göstərmək istəyiblər. Məsələ ondadır ki, döyüş sursatlarının olduğu anbarlar yerin altındadır və çox yaxşı mühafizə olunur”, - deyə mənbə qeyd edib.

Bundan əvvəl də bildirilmişdi ki, terrorçular Donetskdə döyüş sursatlarının olduğu anbarı partladıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm