ABŞ-dan Ərdoğana cavab: “Türkiyə hökuməti öz adından danışsın” – VİDEO
Bizi izləyin

Dünya

ABŞ-dan Ərdoğana cavab: “Türkiyə hökuməti öz adından danışsın” – VİDEO

ABŞ Dövlət Katibinin sözçüsü kürd qüvvələrinə edilən yardımların qətiyyən yanlış olmadığını və Türkiyə hökumətinin yalnız öz adından danışa biləcəyini deyib.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, ABŞ Dövlət Katibinin sözçüsü Marie Harf son mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “kürd qüvvələrinə havadan yardım etmək yanlış hərəkət idi” açıqlamasına dair sual verilib. Marie “etdiyiniz hərəkətin yanlış olduğunu düşündünüzmü?” sualına “qətiyyən” cavabını verib.

Türkiyə hökuməti öz adından danışa bilər

Harf ABŞ prezidenti Barak Obamanın Kobanidəki “çarəsiz” döyüşçülərə yardımın nə üçün təcili və vacib olduğunu Ərdoğana bildirdiyini deyib. Harf bildirib: “Türkiyə hökuməti öz adına danışa bilər. İŞİD-in (İraq Şam İslam Dövləti Türkiyə sərhədi boyunca daha çox bölgəni nəzarətinə götürməsinə icazə vermək Suriyadakı insanları təhlükəyə atar və həmçinin İŞİD Türkiyə əməkdaşlığımıza, ortaq maraqlarımız üçün təhdid əmələ gətirir. Yəni burada hamımızın maraqlarından söhbət gedir”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm