Separatçılar Kiyevi yeni müharibə ilə hədələdi
Bizi izləyin

Dünya

Separatçılar Kiyevi yeni müharibə ilə hədələdi

Donetsk separatçılarının lideri Kiyevi Slavyansk, Kramatorsk və Mariupolu ələ keçirməklə hədələyib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Donetsk Xalq Respublikası” separatçı qurumun rəhbəri Aleksandr Zaxarçenko Ukraynanın şərqində tezliklə aktiv döyüş əməliyyatlarının yenilənə biləcəyini istisna etməyib.

“Hələ hərbi əməliyyatların çox ağır dövrləri olacaq. Slavyansk və Kramatorsk və Mariupol üçün mübarizə aparacağıq. Təəssüf ki, sülh danışıqları alınmır", - deyə Zaxarçenko bildirib.

Xatırladaq, Ukrayna antiterror gücləri iyulun əvvəlində Slavyansk və Kramatorskdan separatçıları sıxışdırıb çıxarıb. Avqustun sonları - sentyabrın əvvəllərində isə Mariupol yaxınlığındakı İlovaysk rayonunu Rusiya qoşununun köməyi ilə ələ keçirilib. Mariupol hazırda cəbhə xətti hesab olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm