İŞİD Kobanidə daha bir kəndi ələ keçirdi
Bizi izləyin

Dünya

İŞİD Kobanidə daha bir kəndi ələ keçirdi

Terror təşkilatı işğallarına davam edir.

Publika.az “odatv”yə istinadən xəbər verir ki, Suriyanın şimalında yerləşən Kobani şəhərindəki kürd qüvvələrlə İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı arasında döyüşlərdə YPG və Azad Suriya Ordusunun (ASO) nəzarətində olan Til Şeir kəndinin İŞİD-in əlinə keçdiyi bildirilib. Şimali İraqda Bərzaniyə yaxınlığı ilə tanınan “Rudav”ın xəbərinə görə, Şimali Suriyanın Kobani şəhərində dünən gecə yerli vaxtla saat 00:00 radələrində başlayan toqquşma səhər saat 08:00-a qədər davam edib.

Xəbərə görə, Kobaninin şimal-qərbində yerləşən və YPG döyüşçüləri ilə ASO-nun nəzarətində olan Til Şeir kəndinin İŞİD-in nəzarətinə keçdiyi bildirilib.

Türkiyə sərhədinə çoxlu sayda mülki şəxsin gəldiyini deyən “Rudav”ın müxbiri Neçirvan Hüseyn deyib: “Türkiyə dünən gecə Kobanidə baş verən ağır döyüşlərdə yaralanan kürd döyüşçülərin sərhədi keçməsinə icazə vermir”.

“Rudav” müxbiri İŞİD terror təşkilatının böyük bir dəstək gücünü Kobaniyə göndərdiyini və şəhərdəki toqquşmaların hələ də davam etdiyini deyib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm