Dünya
“Quru hərəkatı olmasa, uğur qazana bilməyəcəksiniz”
“ABŞ-ın hava əməliyyatı İŞİD-ə qismən zərər vurub. Amma siz hava hərəkatını quru hərəkatı ilə dəstəkləməsəniz, müvəffəqiyyətli ola bilməzsiniz”.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu Latviya səfəri çərçivəsində Latviya Universitetində etdiyi çıxışında deyib.
Türkiyə prezidenti İŞİD terror təşkilatının keçmiş baş nazir Nuri Əl-Malikinin silahları ilə gücləndiyini bildirib: “İraq işğaldan sonra sabitliyə qovuşa bilmədi. İŞİD adlı terror təşkilatı haradan çıxdı? Yaranması “Əl-Qaidə”dən başladı, Suriyaya keçdi və gücləndi. Mosul hadisəsinə də çox diqqətli baxmaq lazımdır. Malikinin ordusu bütün silahlarını qoyub qaçdı. Bu silahları İŞİD aldı. Bundan sonra əməliyyatları daha da təsirli oldu. Bağdadın 50 kilometrliyinə kimi gəldilər. İraqın üçdə birinə sahibdirlər. Bütün bu əməliyyatları həmin silahlarla etdilər”.
Ərdoğan qeyd edib ki, BMT səmimi davransa dünya sülh prosesində çox fərqli bir nöqtəyə gələ bilərik.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!