Baş katib: “KTMT NATO ilə əməkdaşlığa hazırdır, amma…”
Bizi izləyin

Dünya

Baş katib: “KTMT NATO ilə əməkdaşlığa hazırdır, amma…”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı NATO ilə əməkdaşlığa hazırdır, ancaq indiki vəziyyətdə bu mümkün deyil”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib.

“Əməkdaşlıq sıfra qədər yaxınlaşıb. Rusiya ilə əməkdaşlığın dayandırılması barədə NATO-nun bəyanatlarından sonra əməkdaşlıq ümumiyyətlə qeyri-mümkün olub. NATO Rusiya Federasiyası əməkdaşlıq etməkdən qəti şəkildə imtina edir”, - deyə KTMT-nin baş katibi deyib.

Amma o, eyni zamanda KTMT-nin əməkdaşlığın istənilən növünə, o cümlədən terrorçuluğa və narkotik maddələrin dövriyyəsinə qarşı birgə mübarizəyə hazır olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm