Jurnalisti Putinin ideoloqu ilə səhv saldılar
Bizi izləyin

Dünya

Jurnalisti Putinin ideoloqu ilə səhv saldılar

Ukraynanın “İnter” telekanalının aparıcı Yevgeni Kiselyov ölkəsinə səhvən buraxılmayıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə verdiyi məlumata görə, buna səbəb onun Rusiyanın “Vesti Nedeli” (“Həftənin xəbərləri") proqramının aparıcısı, Putinin ideoloqu sayılan Dmitri Kiselyovla qarışdırılması olub.

Jurnalistin özünün sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti ona “Borispol” hava limanında ölkəyə girişin qadağan olunduğunu haqqında bildirilib. Ukraynada yaşamaq barədə sənədin olmasına baxmayaraq, ona deportasiya haqqında qətnamə təqdim olunub.

Xatırladaq ki, avqustun sonunda Ukrayna televiziyalar və radioverilişləri üzrə milli şurası Ukraynaya girişi qadağan olunan Rusiya Federasiyası telekanallarının rəhbərlərinin siyahısını elan edib.Onların arasında Dmitri Kiselyovun adı da var.

Rusiya vətəndaşı olan Yevgeni Kiselyov Ukrayna KİV-ində 2008-ci ildən işləməyə başladı. 2013-cü ilin iyununda isə o, Ukrayna prezidenti Viktor Yanukoviçdən Ukrayna vətəndaşlığının verilməsini xahiş etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm