“Röyters” Rusiyanın Ukrayna müharibəsində iştirakını sübut etdi - FOTOLAR
Bizi izləyin

Dünya

“Röyters” Rusiyanın Ukrayna müharibəsində iştirakını sübut etdi - FOTOLAR

Xarici hərbi ekspertlər Donbas hövzəsində döyüşçülərdə məhv edilən tanklar və zirehli texnikanın Rusiyaya məxsusluğunun sübutlarını tapıblar.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hərbi ekspertlər Donetsk vilayətinin Starobeşevskom rayonunda yandırılmış onlarla hərbi texnikanın arasında olan iki tankın Rusiyaya məxsus olduğunu bildiriblər.

“Röyters” bildirir ki, yandırılmış tankların fotosunu dörd müstəqil ekspertə göstəriblər. Hərbi ekspertlər isə bu tip tanklardan Rusiya ordusunda istifadə olunduğunu təsdiüləyiblər. Onlardan biri məşhur sovet tankı “T-72BM”in rus modifikasiyasıdır. Ekspertlər qeyd edir ki, tankların bu modelinin ixrac olunub-olunmadığı məlum deyil.

“Rusiya ordusu böyük miqdarda bu cür tanklardan istifadə edir. Amma onların ixracı haqqında məlumat yoxdur", - deyə London Beynəlxalq Strateji Tədqiqatları İnstitutunun hərbi analitiki Cozef Dempsi deyib.

“Röyters”in məlumatına görə, aşkarlanan tank əlehinə raketlər də münaqişədə Rusiyanın iştirakını göstərir. Burada “Kornet” tank əlehinə raketlərin hissələri aşkarlanıb. Ekspertlər təsdiqləyib ki, Ukrayna ordusunda bu tip tank əlehinə raket kompleksləri yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm