Ağ Evdə insident
Bizi izləyin

Dünya

Ağ Evdə insident

ABŞ preidentinin qərargahənda yenidən insident yaşanıb.

Publika.az-ın məlumatına görə, 23 yaşlı Dominik Adesanya adlı bir gənc Ağ Evin hasarını aşan prezident sarayına daxil olmağa cəhd edib. Məxfi Xidmətin mətbuat katibi Dominik Adesanyanın həbs edildiyini bildirib. ABŞ prezident sarayı isə bağlanıb.

Adesanyanın ABŞ paytaxtın yaxınlığında yerləşən Merilənd ştatının sakini olduğu bildirilir.

Adesanyanın atası yerli televiziyaya verdiyi məlumatda oğlunun paranoyyadan əziyyət çəkdiyini və müşaidə altında olduğunu bildirib. Faktla bağlı hələ ki, heç bir ittiham irəli sürülməyib.

Qeyd edək ki, son iki ayda ikinci şəxsdi ki, Ağ Evə soxulur. Ötən ay baş vermiş oxşar hadisə zamanı 42 yaşlı hərbi veteran Ömər Qonzalez saxlanılmadan öncə üstündə bıçaqla çəmənlikdə qaçaraq Ağ Evə daxil olmuşdu.

Qonzalezin maşınında 800-dən artıq patron, iki balta tapılıb. Qonzalez xüsusi xidmət agentlərinə hücum etməkdə, müqavimət göstərməkdə və maneə törətməkdə ittiham olunur. Bu hadisə Konqresdə dinləməyə və Məxfi Xidmətin direktorunun istefasına səbəb olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm