Rusiyada məktəbli azərbaycanlıya görə intihar etdi
Bizi izləyin

Dünya

Rusiyada məktəbli azərbaycanlıya görə intihar etdi

Rusiyada 10 yaşlı oğlan özünü 4-cü mərtəbədən atıb. Şahidlər dərhal təcili yardım çağırsalar da, uşağın həyatını xilas etmək mümkün olmayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisənin səbəblərini araşdırarkən məlum olub ki, məktəbdə sinif yoldaşı ilə aralarında olan konflikt hadisəyə səbəb olub. Belə ki, o, azərbaycanlı sinif yoldaşı ilə dalaşıb. Bundan sonra azərbaycanlı uşağın atası məktəbdə onu hədələyib. Bu, uşağın psixologiyasına pis təsir etdiyindən, özünü öldürmək qərarını verib.

Ölən məktəblinin atasının şikayəti əsasında azərbaycanlı uşağın atası ifadəsi alınması üçün polis bölməsinə dəvət olunub. Ona intihar həddinə çatdırma maddəsilə cinayət işi açılıb. O, iki sutkalıq həbs edilib.

Faktla bağlı araşdırma aparılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm