• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İŞİD Türkiyədə insan oğurluğuna başladı

  • Dünya
  • 24 Oktyabr 2014 14:40
  • 608 Baxış
İŞİD Türkiyədə insan oğurluğuna başladı

Türkiyənin Şanlıurfa bölgəsində 15 İŞİD terrorçusu suriyalı komandir Həsən M. və oğlunu qaçırıb.

Axar.az xəbər verir ki, hadisə oktyabrın 17-də baş verib. Komandir oğlu ilə birgə dostunu ziyarətə gedərkən İŞİD döyüşçüləri onların önlərini kəsiblər. Aralarında çıxan silahlı insident zamanı Həsən M. yaralanıb.

Daha sonra İŞİD döyüşçüləri onları Suriyaya keçirməyə çalışıblar. Ancaq sərhəddə təhlükəsizliyin gücləndirilməsinə görə bu, baş tutmayıb.

Komandir və oğlu Türkiyə-Suriya sərhədində yerləşən Ağcaqala keçid məntəqəsi yaxınlığında yerləşən evə aparılıblar. Lakin komandirin vəziyyətinin ağırlaşması məsələnin ortaya çıxmasına səbəb olub. Yaralı komandir xəstəxanaya aparılıb. Məsələdən xəbər tutan Türkiyə hüquq-mühafizə orqanları komandiri İŞİD-in əlindən xilas edə biliblər.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR