• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Erməni vəqfinə verildi, daha sonra...

  • Dünya
  • 24 Oktyabr 2014 15:16
  • 414 Baxış
Erməni vəqfinə verildi, daha sonra...

Türkiyə dövləti tərəfindən 1964-cü ildə müsadirə edildiyi iddia olunan və Zeytinburnu stadionunun da daxil olduğu 42 min kvadratmetrlik ərazi Vəqflər Ümumi Məclisinin qərarı ilə “Yedikulə Surp Pırgiç Xəstəxanası” Vəqfinə verilsə də, ərazinin bir hissəsi park sahəsi olub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İBB Məclisində oybirliği ilə alınan qərara görə, Yedikulə Surp Pırgiç Xəstəxanasının qarşısında yerləşən, hazırda avtopark və idman kompleksi olan ərazi parka çevriləcək.

Qeyd edək ki, Türkiyə dövləti tərəfindən 1964-cü ildə müsadirə edildiyi iddia olunan və Zeytinburnu stadionunun da daxil olduğu 42 min kvadratmetrlik ərazi Vəqflər Ümumi Məclisinin qərarı ilə ötən ay “Yedikulə Surp Pırgiç Xəstəxanası” Vəqfinə verilib. Zeytinburnu bələdiyyəsi ərazinin erməni vəqfinə qaytarılmasının hüquqa zidd olduğunu iddia edir. Zeytinburnu stadionunun da olduğu ərazi bölgənin ən qiymətli daşınmaz əmlakıdır. Ərazidə stadiondan başqa Zeytinburnu İdman Kompleksi və açıq avtopark var.

“Yedikulə Surp Pırgiç Xəstəxanası” Vəqfinin başçısı Bedros Şirinoğlu əraziyə 338 milyon lirə qiymət qoyduqlarını söyləyib. O, hüquqi prosesin vəqfin lehinə nəticələndiyini vurğulayıb.

“Sözügedən ərazi üçün 3 il əvvəl prezident Rəcəb Tayyib Ərdoğanla üz-üzə danışmışdıq. İlkin mərhələdə 2 min kvadratmetrlik ərazi Ərdoğanın təlimatı ilə bizə verilmişdi. Ərdoğan digər ərazilərin qaytarılması üçün də “Haqq yerini tapacaq. Torpağın sizin olduğunu bilirəm” söyləmişdi. Vəqflər Ümumi Məclisi bu ilin yanvar ayında lehimizə qərar vermişdi. Zeytinburnu Bələdiyyəsi də 60 günlük etiraz müddətindən sonra bu qərara etirazını bildirmişdi. Məhkəmə, nəhayət, 42 min kvadratmetrlik ərazi üçün son qərarını verdi. Məhkəmədən ədalətli və haqqımız olan qərarın çıxacağına inanırdım”, - “Yediyilə Surp Pırgiç Xəstəxanası” Vəqfinin başçısı vurğulayıb.

B.Şirinoğlu Zeytinburnu Stadionunun olduğu ərazinin 1869-1955-ci illərdə yaşayan, beynəlxalq neft sənayesinin inkişafında əhəmiyyətli rol oynayan erməni əsilli Osmanlı vətəndaşı Kalust Sarkis Gülbenkyan tərəfindən alındığını və “Yedikulə Surp Pırgiç Xəstəxanası” Vəqfinə hədiyyə edildiyini deyib.

1964-cü ilə qədər erməni camaatına aid olan ərazi hökumət tərəfindən müsadirə olunub. Ermənilərin ilk iddiası 1974-cü ilə qədər davam edib. O dövrün yerli məhkəməsi erməni camaatının lehinə qərar versə də, qərar Ali Məhkəmə tərəfindən ləğv edilib. Zeytinburnu Bələdiyyəsi 1987-ci ildə məhkəməyə müraciət edərək ərazi üçün öz adına qeydiyyat sənədi çıxardıb. Ərazi 1989-cu ildə bələdiyyə tərəfindən ictimailəşdirilib.

Ancaq Vəqflər Ümumi Məclisinin 22 yanvar tarixli qərarı ilə ərazinin “Yedikulə Surp Pırgiç Xəstəxanası” Vəqfinə qaytarılmasına qərar verilib. Bundan sonra hərəkətə keçən Zeytinburnu Bələdiyyəsi İstanbul 1-ci İdarə Məhkəməsinə qərarın icrasının dayandırılması barədə müraciət edib. İndiyə kimi davam edən hüquqi proses, nəhayət, “Yedikulə Surp Pırgiç Xəstəxanası” Vəqfinin qələbəsi ilə başa çatıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR