• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İran: “Obama ABŞ-ın ən zəif prezidentidir”

  • Dünya
  • 24 Oktyabr 2014 17:22
  • 405 Baxış
İran: “Obama ABŞ-ın ən zəif prezidentidir”

İran prezidenti Həsən Ruhaninin baş müşaviri Əli Yunisi ABŞ prezidenti Barak Obama ilə əlaqədar belə deyib: “Çox məğlubiyyətlərə uğradı. Obama ABŞ-ın ən zəif prezidentidir”.

Publika.az “timeturk”ə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhaninin baş müşaviri Əli Yunisi açıqlamasında Obamanın bir çox məğlubiyyətlərə uğradığını deyib və həmçinin də Obamanı ABŞ-ın ən zəif prezidenti adlandırıb:

“ABŞ prezidenti bir çox alçaldıcı məğlubiyyətlərə uğradı. Onun hakimiyyətində islami oyanış həyata keçdi. Amerikalılar Obamanın vaxtında ən böyük məğlubiyyətlərə şahid oldular. Terrorizm böyüdü və ABŞ Obamanın hakimiyyəti altında böyük uğursuzluqlar yaşadı. Məhz buna görə onlar İran ilə uzlaşmaq istəyir”.

ABŞ-dakı mühafizəkarları və İsraili tənqid edən Yunisi deyib: “Mühafizəkarlar müharibə tacirləridir. İran kimi gücə tab gətirə bilmirlər. Əgər mühafizəkarların əlində güc olsaydı, bizə müharibə elan edərdilər. Çünki onlar İsraildən bəhrələnir və özlərinə rəqib olaraq İŞİD-i (İraq Şam İslam Dövləti) və İranı görürlər”.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR