NATO: “Rusiyanın Ukraynadakı hərbi kontingenti çox güclüdür”
Bizi izləyin

Dünya

NATO: “Rusiyanın Ukraynadakı hərbi kontingenti çox güclüdür”

“Rusiya qoşunları əvvəlki kimi Şərqi Ukraynada qalır və Moskva Ukrayna ilə sərhəddə kifayət qədər güclü hərbi kontingent saxlayır”.

Publika.az-ın “Amerikanın səsi” radiosuna istinadən verdiyi məlumata görə, bu barədə NATO qoşunlarının Avropadakı baş komandanı Filip Bridlav bildirib.

“Biz xeyli sayda Rusiya hərbçisinin Ukrayna ərazisindən çıxarılmasının şahidi idik. Amma təsdiq edirəm ki, Şərqi Ukraynanın ərazisində Rusiya hərbçiləri hələ də qalır və onların Ukrayna ərazisindən çıxarılmasının heç bir əlaməti görünmür. Ukrayna ərazisində saxlanılan hərbi kontingent çox güclüdür və Ukrayna barəsində məcburedici xarakterli hərəkətlər üçün böyük potensiala malikdir”, - deyə amerikalı generalı vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm