Putin: “ABŞ özünün oturduğu budağı kəsir”
Bizi izləyin

Dünya

Putin: “ABŞ özünün oturduğu budağı kəsir”

“Rusiya küsməyəcək və kimdənsə nəsə xahiş etməyəcək”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubu Soçidə keçirilən toplantısının bağlanış mərasimində çıxışında deyib.

Putin bildirib ki, ABŞ Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməklə özünün oturduğu budağı kəsir. O, işgüzar cəmiyyətin Qərbin görünməmiş təzyiqinə məruz qaldığını qeyd edib.

“Birgə iqtisadi layihələr, qarşılıqlı investisiyalar ölkələri yaxınlaşdırır, dövlətlərarası münasibətlərdə cari problemləri həll etməyə kömək edir. Ancaq bu gün qlobal işgüzar cəmiyyət Qərb hökumətlərinin görünməmiş təzyiqinə məruz qalır", – deyə Rusiya Federasiyasının prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm