Putin İŞİD-in hərbi uğurlarının sirrini açıqladı
Bizi izləyin

Dünya

Putin İŞİD-in hərbi uğurlarının sirrini açıqladı

“İslam Dövləti”nin hərbi uğurları onunla izah oluna bilər ki, İraqın BAAS təşkilatının keçmiş fəalları onlarla birləşdilər”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubu Soçidə keçirilən toplantısının bağlanış mərasimində çıxışında deyib.

Rusiya prezidenti “İslam Dövləti”nin (İŞİD) faktiki olaraq ordu qruplaşmasına çevrildiyini bildirib.

“Terror qruplaşmasının yeni əsgərlər haradan gəlir? Səddam Hüseynin devrilməsi nəticəsində ordu da daxil olmaqla İraqın bütün dövlət institutları dağıdılmışdı. Onların hamısı küçələrə atıldı. Amma unutmaq lazım deyil ki, onlar kifayət qədər böyük regional ölkənin rəhbərliyində idilər”, - deyə Putin dolayısı ilə İraqı işğal edən ABŞ-ı ittiham edib.

Putin qeyd edib ki, BAAS Partiyasının minlərlə əsgər və zabit bu gün İŞİD-ə qoşulub: “Onlar real effektiv hərbi nöqteyi-nəzərdən çox peşəkar insanlardır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm