3 yaşlı uşaq bir həftə anasının meyitinin yanında qaldı
Bizi izləyin

Dünya

3 yaşlı uşaq bir həftə anasının meyitinin yanında qaldı

Fransanın şimal-qərbində yerləşən Rouen şəhərində bir qız bir həftə əvvəl ölmüş anasının cəsədinin yanında tapılıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, qonşuları tərəfindən aşkar edilən qadının hansı səbəbdən ölməsi ilə bağlı Fransa polisi araşdırmalara başlayıb.

Polisdən verilən məlumatda 3 yaşlı uşağın bir həftə boyunca evdə olan qidalarla bəsləndiyi və gecələr də anasının yanında yatdığı bildirilir. Rəsmilər uşağın sağlamlıq vəziyyətinin normal olduğunu qeyd ediblər. Aparılan tibbi ekspertiza zamanı ərindən ayrı yaşayan qadının bədənində xəsarət izi aşkar edilməyib. Anasının öldüyündən xəbəri olmayan kiçik qızın isə hazırda Rouen xəstəxanasında müalicə alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm