Polislə narkotik alverçiləri arasında atışma olub - VİDEO
Bizi izləyin

Dünya

Polislə narkotik alverçiləri arasında atışma olub - VİDEO

Ankaranın Altındağ Qala məhəlləsində narkotik maddələrin satıcıları arasında qarşıdurma yaranıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis qruplarına atəş açılıb.

Qarşıdurmadan sonra avtomobillə qaçmağa çalışan 3 şəxs polis tərəfindən tutulub. Polislər qaçan digər iki şəxsin də tutulması üçün Altındağ Qala məhəlləsində əməliyyata başlayıb.

Polislərin 3 şəxsin tutulduğu avtomobildə axtarışı zamanı narkotik maddələr aşkarlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm