Putin: “Rusiyada ən böyük millətçi mənəm”
Bizi izləyin

Dünya

Putin: “Rusiyada ən böyük millətçi mənəm”

“Rusiyada ən böyük millətçi mənəm. Amma ən düzgün millətçilik hərəkətlərin və siyasətin elə düzülməsidir ki, bu xalqın səadəti naminə olsun”.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” diskusiya klubunun iştirakçıları ilə görüşdə deyib.

“Əgər millətçilik başqa insanlara dözülməzlik kimi anlaşılırsa, bu şovinizmdir və bu bizim ölkəmizi dağıdacaq. Biz çoxmillətli və müxtəlif dinli dövlət kimi formalaşırıq. Şovinizm öz-özünü məhv etmək yoludur. Rusiya hər şeyi edəcək ki, bu olmasın", - deyə Rusiya Federasiyasının prezidenti bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm